“Şəhid” anlayışı Ayətullah Məkarim Şirazinin baxışında

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 
makarem news

Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin informasiya bloqu tərəfindən yayımlandı

“Şəhid” anlayışı Ayətullah Məkarim Şirazinin baxışında


Dünya xalqlarının tarıxində elə günlər olur ki, fədakarlıqsız, qurbansız bir çox təhlükələri önləmək, ali və müqəddəs məqsədləri qorumaq olmur. Məhz bu zamanlarda mömin və fədakar insanlar meydana çıxır və öz qanları ilə haqq dinlərini qoruyurlar.


Dünya xalqlarının tarıxində elə günlər olur ki, fədakarlıqsız, qurbansız bir çox təhlükələri önləmək, ali və müqəddəs məqsədləri qorumaq olmur. Məhz bu zamanlarda mömin və fədakar insanlar meydana çıxır və öz qanları ilə haqq dinlərini qoruyurlar. İslam məntiqində bu kimi şəxslərə “şəhid” deyilir.  Bu izahdan sonra “şəhid” kəlməsini lüğəvi baxımdan araşdırmaq, sonra isə İslam təlimlərində istifadə olunduğu yerləri qeyd edib, axırda da “şəhid” kəlməsinin məfhumu haqqında söz açmağımız yerinə düşərdi.
Lüğət baxımından “şəhid”in mənası
“Şəhid” kəlməsi “şuhud” kökündən alınmışdır. Bu sözün əsl mənası haqda isə Rağib İsfahani öz “Mufrədat” əsərində yazır ki, “davamlı müşahidə” mənasındadır; istər zahiri gözlə olsun, istərsə də bəsirət gözü ilə. Bəzən bu kəlmə müşahidə məfhumunu da ehtiva edən “hazır olmaq” mənasında işlənilir.  
“Məqayisul-luğət” kitabında qeyd edilir ki, şəhadət kəlməsinin  mənasında üç əsas öz əksini tapır: Hazır olmaq, elm və başqalarına elan etmək. Allah yolunda öldürülənlərə şəhid deyilməsinin bir neçə ehtimalı var:
1) rəhmət mələkləri onların yanında hazır olur;
2) özləri cihad meydanında hazır olurlar;
3) Allahın onlara hazırladığı nemətləri görmək üçün hazır olurlar;
4) şəhadətə çatmaqla Haqqın qarşısında hazır olurlar.
“Kitabul-Eyn” lüğət kitabında isə qeyd edilir ki, “şəhd” (شَهْد) hələ şandan çıxarılmamış bala deyilir. Bu mənanı “şəhid” sözünün ilk əsl kökünə istinadən yazır.
Şəhid və şəhadət nədir?
Şəhadətin xüsusi mənası Allah naminə döyüş meydanında öldürülməkdir. İslam hüququnda şəhidin dəfni ilə bağlı xüsusi hökmlər vardır. Belə ki, şəhid üçün qüsl və kəfən lazım deyil; əynindəki qanlı paltarı ilə dəfn olunmalıdır. Ümumi mənada isə şəhadət ilahi vəzifələri yerinə yetirərkən insanın qətlə yetirilməsi, yaxud vəfat etməsi anlamına gəlir. Hər kim bu vəzifələri yerinə yetirərkən dünyadan köçsə, şəhid hökmündədir.
Qurani-kərimdə şəhidin mənası
Şəhid - şahidlik etmək deməkdir. Belə ki, bəzən insan sözü ilə, bəzən isə əməli və öz pak hədəfi naminə canından keçməklə haqqa şahidlik edir.  
Qurani-kərimdə “şəhid” ifadəsi geniş məna daşıyır. “Şəhid” kəlməsi səmavi kəlam (vəhy) dilində şahid və şəhadət verən, hazır və nazir, yaxud hər iki (mütləq) mənanı özündə əks etdirir, çünki hər iki məna Allah barədə üçün keçərlidir. Odur ki, Qurani-kərim buyurur:
“Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?!”.
Yuxarıdakı ayə qeyd etdiklərimizi özündə tam olaraq əhatə edir.  Bu açıqlamaya uyğun olaraq, Allah-taalanın hüzuru və şahidliyinin istisnasız hər şeyi əhatə etməsi pak zatının isbatına yetərlidir. Hər bir mümkün varlığı müşahidə etdikdə onun kənarında vacib varlığın zatını görərik. Hər bir yerə baxsaq, mütləq varlıq göz önündədir. Hər nəyə nəzər salsaq, Onun simasını görərik. Uca olan hər bir şeyi Onun qarşısında zəlil və xar görərik.
Başqa bir ehtimal da verilir ki, “şəhid” kəlməsinin mənası əməllərə şahidlikdir. Amma çoxsaylı ayələrə istinadən deyə bilərik ki, mömin insanların da (Peyğəmbərlər və İmamlar) ümmətin əməllərinə şahidliyi mümkündür. Bu iki təfsirin eyni mənanı çatdırması da mümkündür.  Belə ki, şəhid şahidlik etmək mənasındadır, amma bu şahidin kimliyi haqqında müxtəlif fikirlər irəli sürülmüşdür:
1.    İnsanın əməllərinə nəzarət edən mələklər nəzərdə tutulur.
2.    Ümmətinin əməllərinə şahidlik edən peyğəmbərlər nəzərdə tutulur.
3.    İnsanların əməllərinə şahidlik edən mələklər, peyğəmbərlər və möminlər nəzərdə tutulur.
İslami rəvayətlərdə şəhid və şəhadət
İslam ənənəsində “şəhadət” məfhumu iki fərqli – ümumi və xüsusi məna daşıyır.  İslam hədislərində qeyd olunanlara əsasən, bir neçə dəstə şəhid olaraq dünyadan köçür. Həzrət Peyğəmbərdən (s) belə nəql olunur:
 “اذا جاء الموت طالب العلم و هو على‏هذا الحال مات شهيدا”
“Elm talibinin elm öyrəndiyi halda əcəli yetişsə, şəhid kimi ölmüşdür”. ,
Həzrət Əli (ə) bu barədə buyurur: “Hər kim Haqqa, Peyğəmbərə və onun Əhli-beytinə həqiqi mərifətlə yatağında ölsə belə, dünyadan şəhid köçmüşdür”. ,
İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə isə bunları oxuyuruq: “Öz əmlakını müdafiə edərkən qətlə yetirilən şəhiddir”.  
Eyni zamanda, haqq yolunda ölənlər, yaxud qətlə yetirilənlər də şəhid hesab olunur. Məhz burada İslam dininin müqəddəs ənənəsinin əzəməti aydın şəkildə öz əksini tapır.
İnsanın əməllərinə ən böyük şahid Allahdır
“Şəhid” kəlməsinin ən kamil nümunəsi zatı pak olan Allah-taaladır, çünki O, hər bir yerdə hazır və nəzarətçidir; bəndələrinin bütün əməllərinə qeyd-şərtsiz şahiddir.  Allah-taalanın bu sifətinin bizə xəbər verdiyi məna Onun hər yerdə Öz bəndələrinin əməllərinə şahid olmasını çatdırır. Bu şahidlik təkcə mələklərə və əməl katiblərinə, bədən üzvlərinə, zaman və məkana şamil olunmur. Məhz hamıdan və hər şeydən üstün olan, əməllərə şahid olan Allahdır. Bu həqiqəti qəbul etmək insanın əməllərinin islahı və rəftarında dərin təsirə malikdir.  Bu xüsusda Qurani-kərim belə buyurur:
“Allah onların hamısını dirildəcəyi gün etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah onların əməllərini bir-bir sayıb yazmış, onlar isə etdiklərini unutmuşlar. Allah hər bir şeyə şahiddir!”. ,
Qurani-kərimdə bu barədə bir çox ayələr mövcuddur. O cümlədən, buyurur:
“De: “Ey kitab əhli! Allah sizin əməllərinizin şahidi olduğu halda, nə üçün Allahın ayələrini inkar edirsiniz?”.
Həmçinin başqa bir ayədə buyrulur:
“De: “Şahidlik baxımından nə daha böyükdür? Mənimlə sizin aranızda Allah şahiddir”.
Quranın başqa bir ayəsində oxuyuruq: “Allah hər şeyə şahiddir”.
Bəli! Allah-taalanın şahidliyi hər yerə, hər zamana, xaricimizə və daxilimizə də aiddir. Bu təkcə bizim əməllərimizə deyil, hətta niyyət və əqidəmizə də şamil olunur. Qiyamət günü bunların hamısı bizə xəbər veriləcəkdir.
Həzrət Peyğəmbər (s) və pak İmamlar ümmətin əməllərinə şahiddir
Qeyd etdiyimiz kimi, “şəhid” kəlməsi “şuhud” maddəsindən alınaraq şahid və şüurlu halda hazır olmaq mənasını verir. Bu sözün məfhumu əməli şəkildə Qurani-kərimdə Həzrət Peyğəmbərin (s) ümmətin bütün əməllərini bilməsi şəklində qeyd edilir.  Bu həqiqət Quranın irəlidə qeyd olunacaq bəzi ayələri ilə və “əməllərin təqdim olunması” rəvayəti ilə tam uyğunluq təşkil edir. Həmin rəvayətə görə, bütün ümmətin əməlləri həftədə bir dəfə Peyğəmbərin (s) hüzuruna təqdim olunur, Həzrət də onlardan tam xəbərdar olur. Beləliklə, ümmətin şahidinə  çevrilir. Eyni zamanda, bəzi rəvayətlərə tam uyğun olaraq, bu ümmətin şahidləri həm də məsum imamlardırlar (ə). Onlar da həmçinin camaatın əməllərinə şahiddirlər.
Şəhid kimə deyilir?
İslam mədəniyyətində şəhid təkcə döyüş meydanında dünyadan gedənə deyilmir. Düzdür, bu cür insanlar şəhidliyin ən bariz nümunəsidir. Amma haqq əqidəsi ilə yaşayan, bu yolda yürüyən və bu yolda dünyasını dəyişən hər bir insan İslami rəvayətlərə əsasən şəhid hesab olunur.
Həzrət İmam Baqirdən (ə) nəql olunan hədisdə oxuyuruq: “Sizlərdən hər kim vilayət məsələsi ilə tanış olsa və Mehdinin (ə) zühurunun (Ədalət hökumətinin ) intizarında olsa və özünü bu zühura hazırlasa, Ali-Məhəmmədin (ə) Mehdisi (ə) ilə dünyanı islah edən şəxs kimidir... Allaha and olsun ki, bəlkə də Allah Rəsulu (s) ilə dünyanı islah edən şəxs kimidir”. Yenə üçüncü dəfə buyurdu: “Allaha and olsun ki, bəlkə də Allah Rəsulu (s) ilə Onun çadırında şəhid olan insan kimidir”. Sonra bir az dayanıb yenidən buyurdu: “Sizin barənizdə ayə nazil olmuşdur”. Ravinin söylədiyinə əsasən, o, Allah Rəsulundan (s) “Sizə fəda olum! Bu hansı ayədir?” - soruşduqda, Həzrət belə buyurdu: “Allaha və Onun rəsuluna iman gətirən Allah nəzərində sadiqlər və şəhidlərdir...” . Sonra əlavə etdi: “Bu səbəbdən, Allaha and olsun ki, sizlər həm sadiqlər, həm də Allah yanında şəhidlərsiniz”. ,
Şəhid hesab olunanlar
Sözsüz ki, “şəhid” məfhumunun mənası geniş əhatəli hesab olunmalıdır. Belə ki, İlahi vəzifə yolunda ölən hər bir kəs şəhid hesab olunur. Misal olaraq, “Öz əmlakını müdafiə edərkən öldürülən şəhiddir” hədisini qeyd edə bilərik.  Yaxud “Kim Haqqa, Peyğəmbərə və onun Əhli-beytinə həqiqi mərifətlə yatağında vəfat etsə, dünyadan şəhid olaraq getmişdir”.  Beləliklə, aydın olur ki, şəhid və şəhadət geniş bir dairəni əhatə edən məfhumdur.  Bu rəvayətlərə uyğun olaraq, Həzrət Əli (ə) buyurur ki, “Günah etməyə qadir olan, ancaq Allaha xatir ondan çəkinən, Allah yolunda öz qanına boyanaraq şəhid olan insan kimidir”. Deməli, insan hər gün öz əməli ilə şəhidin səvabını qazana bilər.
Mömin insan şəhidliyin bariz nümunəsidir
Qurani-kərimdə buyurulur: “Allaha və peyğəmbərinə iman gətirənlər – məhz onlar öz Rəbbi dərgahında olan siddiqlər və şəhidlərdir. Onların öz mükafatları və öz nurları vardır”.  Bu ayədə Allah-taala möminləri şəhidlər deyə vəsf edir. Ola bilsin ki, bu, möminlərin də həqiqətən şəhidlərin səvabına sahib olduqları anlamına gəlir. Necə ki, bir hədisdə oxuyuruq: “Bir nəfər Həzrət Sadiqin (ə) hüzuruna gəlib dedi: “Dua edin, Allah-taala mənə şəhidlik nəsib etsin!” İmam buyurdu: “Həqiqətən, mömin şəhiddir!” Sonra isə “məhz onlar öz Rəbbi dərgahında olan siddiqlər  və şəhidlərdir” ayəsini oxudu.  ,  Başqa bir ehtimal da verilir ki, “şəhid” kəlməsi əməllərə şahid olmaq mənasındadır. Amma çoxsaylı ayələrdən istifadə edərək deyə bilərik ki, möminlərdən olan insanların da (Peyğəmbərlər və İmamlar) ümmətin əməllərinə şahid olması qeyd edilir. Bu iki təfsirin bir mənanı çatdırması da mümkündür.
Möminin səbiri min şəhidin savabına bərabərdir
Məlumdur ki, dünya həyatı çətinliklərlə doludur. İlahi itaətdə də çətinliklər az deyil və pəhrizkarlıq yolunda günah və təqva arasıda olan qovğa məşəqqətlərlə doludur. Bir yandan da dünyada qəfil baş verən müsibətlər, demək olar ki, hamını əhatə edir. Bir həqiqəti nəzərə alsaq ki, bütün bu hadisələr keçmişdə də olub və gələcəkdə də olacaq, o zaman bu çətinliklərdən narahat olmarıq və bizim səbir piyaləmiz dolub-daşmaz; hadisələr qarşısında öz soyuqqanlığımızı və dözümlülüyümüzü əldən vermərik, pisixoloji sarsıntılar və gərginliklər bizə qalib gəlməz, çünki nəhayətdə anlayırıq ki, hamı bu cür hadisələrə düçar olmuşdur. Bütün bu səbir və dözümlüklər fövqəladə bir İlahi mükafatla mükafatlanacaqdır. İmam Sadiqin (ə) belə buyurduğu nəql olunur:  “Bizim tərəfdarlarımızdan hər kim müsibətlərə düçar olsa və səbir etsə, min şəhidin savabını qazanar”. ,
Son söz
Son olaraq deyə bilərik ki, İslam dinində çox az insanlar şəhidlik zirvəsinə çata bilir. O şəhidlər ki, düşünülmüş şəkildə, xalis niyyətlə döyüş meydanında haqq və batil döyüşünə atılmışlar. Öz son damla qanlarına kimi vuruşmuşlar. Allahın yer üzündə olan əlamət, nişanə və şüarlarını öz pak qanları bahasına qorumuşlar.
Beləliklə, nəinki keçmişdə, bu gün də şəhidlik zirvəsinə ucalaraq İslam düşmənlərinin canına qorxu salan  qəhrəmanlar vardır. Düşmənləri məyus edən məhz İslamın sarsılmaz qalasıdır. Şəhid və şəhadət məfhumu müsəlmanlar üçün bərəkətlidir, İslamın düşmənlərinə isə ancaq vahimə yaradır.  
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi ofisi.
makarem.ir

 


Nəşr tarixi: « 2018/1/20 »
Tags
20 yanvar
Şübhəli pulların duanın qəbul olmamasında təsiri

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrinin başlanğıcında:

Şübhəli pulların duanın qəbul olmamasında təsiri

Fiqhin ali mühazirələrinin başlanğıcında Ayətullah Məkarim Şirazinin İŞİD fitnəsi haqqında bəyanatı

Ayətullah Məkarim Şirazinin rəsmi ofisi tərəfindən yayımlandı:

Fiqhin ali mühazirələrinin başlanğıcında Ayətullah Məkarim Şirazinin İŞİD fitnəsi haqqında bəyanatı

Ayətullah Məkarim Şirazi tərəfindən zəlzələ baş vermiş məntəqələrə ilkin yardımlar göndərilib

Ayətullah Məkarim Şirazinin rəsmi ofisi tərəfindən yayımlandı:

Ayətullah Məkarim Şirazi tərəfindən zəlzələ baş vermiş məntəqələrə ilkin yardımlar göndərilib

Fədakarlıq davam edir…

Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin informasiya bloqu tərəfindən yayımlandı

Fədakarlıq davam edir…

Ateizm, ekstremizm və etik pozuntular müasir dünyanın üç böyük problemidir. + Şəkil

Ayətullah Məkarim Şirazi Vatikanın sülh və ədalət şurasının sədri ilə görüşündə

Ateizm, ekstremizm və etik pozuntular müasir dünyanın üç böyük problemidir. + Şəkil

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrinin ilk günündə:

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

 Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-üzma Məkarim Şirazinin müqəddəs Cəmkəran məscidinin xadimləri ilə görüşündə

Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

 Qərb yeni növ demokratiya ixtira edib

Ayətullah əl-üzma Məkarim Şirazi fiqhin ali mühazirələrində:

Qərb yeni növ demokratiya ixtira edib

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

Fiqh-xaric dərsinin əvvəlində müzakirə olunmuşdur:

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 299